Daxili İşlər Nazirliyi süni intellekt və İT sahələri üzrə təqaüd proqramı elan edib

Daxili İşlər Nazirliyi yüksək ixtisaslı, müasir tələblərə cavab verən kadrların hazırlanması və xidmətə cəlb olunması məqsədilə yeni təqaüd proqramı elan edir.

DİN mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, proqram çərçivəsində Nazirliyin dəstəyi ilə süni intellekt, kibertəhlükəsizlik, proqramlaşdırma, Product Owner (məhsul sahibi), Linux əməliyyat sistemi, İT biznes analitikası (IT BA) və QA tester mühəndisliyi üzrə 200 nəfərin təlimi nəzərdə tutulur.

Təqaüd proqramına seçilən iştirakçıların 4-8 ay müddətini əhatə edəcək təlim xərclərinin 60 faizi DİN tərəfindən qarşılanacaqdır.

Proqram, Daxili İşlər Orqanlarında xidmətə qəbul meyarlarına uyğun olan və tədrisi uğurla başa vuran şəxslərə Nazirlikdə işə qəbul imkanı yaradacaq.

Məqsəd, müasir texnologiyalar sahəsində peşəkar yerli mütəxəssislərin hazırlanması və DİN-in kadr potensialının gücləndirilməsidir. 

DİN yüksək texnologiyalar sahəsində xidmətə maraqlı olan gəncləri təqaüd proqramına qoşulmağa dəvət edir.

Əlavə məlumat üçün rəsmi müraciət ünvanları:
Əlaqə: ‪+99410 333 23 24‬
           ‪+99410 333 23 26‬
E-mail: info@idtech.edu.az
Web: www.idtech.edu.az
Qeydiyyat: https://forms.gle/p9qkMr7G95iyqAPQ6

Newsletter

Enter your email address below and subscribe to our newsletter

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir