Texnologiya inkişaf etdikcə, həyatımızın hər sahəsi internetə inteqrasiya olunur. Amma bu inkişafla paralel olaraq təhlükələr də artır: fırıldaqçılıq, fişinq hücumları, məlumat sızmaları və sistem zəiflikləri artıq gündəlik həyatın bir hissəsinə çevrilib.
KiberAktiv – məhz bu riskləri tanıtmaq, izah etmək və insanları maarifləndirmək üçün yaradılıb.
Missiyamız
İstəyirik ki, hər bir internet istifadəçisi:
- Onu hədəf alan təhlükələri tanıya bilsin
- Özünü və məlumatlarını necə qoruya biləcəyini öyrənsin
- Yeni texnoloji boşluqlar və hücum üsulları haqqında doğru və vaxtında məlumat alsın